
Qran-prinin son günündə 1 qızıl, 1 bürünc medal
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə qran-pri turniri başa çatıb.
Komanda.az xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki medal yazdırıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.
-90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc medala yiyələnib.
Daha əvvəl Hüseyn Allahyarov (-60 kq) bürünc mükafatın sahibi olmuşdu.
Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



