Qran-prinin ilk günündə 3 medal
Yaponiyanın Tokio şəhərində keçirilən paracüdo üzrə qran-prinin ilk gününə yekun vurulub.
Komanda.az xəbər verir ki, kişilər arasında -60 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan təmsilçimiz Vüqar Şirinli və qadınlar arasında -48 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan təmsilçimiz Şəhanə Hacıyeva gümüşmedal qazanıblar.
Kişilər arasında 73 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan təmsilçimiz Namiq Abaslı isə yarışı bürüncmedalla başa vurub.
Xatırladaq ki, yarışların ikinci günündə komandamızdan 5 nəfər idmançı medal uğrunda mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin