“Bundan ibrət dərsi alacam!” – “Arsenal”ın futbolçusu

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasının 3-cü turunda “Brayton”la oyunda (1:1) qırmızı vərəqə almasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu bundan ibrət dərsi alacağını söyləyib:

“Qovulmaq heç vaxt xoş deyil. Öz qarşında günahkarlıq hissi var. Bu gün mənim bəxtim gətirdi, çünki komanda yoldaşlarım həqiqətən mənə kömək etdilər və komanda matçda məğlub olmadı. Bundan ibrət dərsi alacam!”

“Arsenal”ın Premyer Liqanın üç turundan sonra 7 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button