Qovulacağına inanır
“Tottenhem”in baş məşqçisi Antonio Konte mövsümün sonuna qədər istefaya göndərilə biləcəyinə inanır.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandadan qovula biləcəyini deyib:
“Tottenhem”lə müqaviləm var, mövsümün sonunda klubla bundan sonra nə olacağına qərar verəcəyik. Mən mövsümün sonuna qədər qovula bilərəm”.
Bundan əvvəl “Tottenhem” 1/8 finalda “Milan”a uduzaraq (0:1, 0:0), Çempionlar Liqasından kənarlaşdırılıb.
Konte 2021-ci ilin noyabrından “Tottenhem”ə rəhbərlik edir. İtaliyalı mütəxəssisin klubla müqaviləsi 2023-cü ilin yayına kimi qüvvədədir.
“Tottenhem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin