“Qorxaqsızsa, etməyin, görməyin bu işi” – Fatih Terim
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Super Liqanın 28-ci turunda səfərdə “Fənərbaxça” ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Terim 1:1 hesabıyla bitən matçı belə şərh edib:
“İlk hissədə, hər iki komanda 11 nəfərlə mübarizə aparanda demək olar ki, onlara imkan yaratmadıq. İkinci hissədə “Fənərbaxça” 10 nəfərlə qaldıqda, oyunun hakimi biz idik, ancaq çox qol imkanları yarada bilmədik. “Fənərbaxça” yenə də azlıqda qala bilərdi, ancaq olmadı. Hesabda irəli keçdikdən sonra ani həyəcanla qapımızda qol gördük. Rahat qazana biləcəyimiz bir oyun idi, amma bərabərə qaldıq.
Nəsə desəm, cəza alıram. Hamı oyundan sonra danışır, ancaq nəticə yoxdur. Həmişə hər şey “Qalatasaray”a olur. “Qalatasaray” da susur. Mən də danışanda cəza alıram. Açığı, bunlara da o fürsəti vermək istəmirəm. Sona 6 tur qalıb. Bu mövsüm qəribə şeylər baş verir.
“Fənərbaxça”nın qolundakı epizodu hamı gördü. Hakimlik qorxaqların işi deyil. Cəriməni verəcəksən, VAR sisteminə baxacaqsan. VAR hakimi Bülənt Yıldırım… Sən hakimi çağıracaqsan. Əvvəlki epizodda Mehmet Topalın müdaxiləsi var. Sən deməlisən, mənim necə oynayıb, necə oynamamağım səni maraqlandırmır. Ötən tur sarı vərəqələri verə bilmirsən, bu tur vermirsən. Onda niyə bu işi görürsən? Qorxaqsızsa, etməyin, görməyin bu işi”.
Bizi Facebook-da izləyin