Messi xanımı ilə tətildə – FOTO

Lionel Messi bu yaxınlarda Argentina millisi ilə Amerika kubokunun qalibi olub. İndi 37 yaşlı hücumçu ailəsi və dostları ilə birlikdə istirahətdən həzz alır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun həyat yoldaşı Antonella Rokuzzo sosial şəbəkədə onunla fotosunu yayıb.

Fotonun yaxtada və ya qayıqda çəkildiyi görünür. Burada Messinin sağ ayağında qoruyucu cihaz görmək olar. Argentinalı futbolçu Amerika kubokunun finalında topuğundan zədələndikdən sonra bu cihazı taxmağa məcbur olub.

Messi matçın gedişində əvəzlənib və onun komandası Kolumbiya millisini məğlub edib (1:0).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button