O, ildə 18 milyon avro qazandığı klubu tərk etmək istəmir

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska bu transfer dönəmində komandasını tərk etmək istəmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Münhen klubunda qalmaq istəyir.

Rəhbərlik futbolçuya klubun gələcək planlarına daxil edilmədiyini bildirmişdi. Baş məşqçi Vensan Kompani də onun oyun tərzinə uyğun gəlmədiyinə inanır. Buna baxmayaraq, Qoretska növbəti mövsümdə özünü sübut edə biləcəyinə və klubun etimadını qazanacağına əmindir.

“Bayern”in 29 yaşlı futbolçunu klubu tərk etməyə məcbur etməyəcəyi bildirilir. O, Münhendə ildə 18 milyon avro qazanır və futbolçunun komandasını dəyişmək istəməməsinin bir səbəbi də budur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button