“Bayern”in futbolçusu karyerası ilə bağlı qərar verib
“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska yaxın gələcək üçün planları barədə qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun Vensan Kompaninin rəhbərliyi altında demək olar ki, şans qazanmaq ümidi yoxdur.
29 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted” maraqlanır. İngilislər yanvarda onu transfer edə bilərlər. Amma “Bayern”dəki çətin vəziyyətinə baxmayaraq, Qoretska qışda klubdan ayrılmaq niyyətində deyil. “Qırmızı şeytanlar” onunla maraqlanmağa davam edəcək və vəziyyəti nəzarətdə saxlayacaqlar.
Almaniyalı futbolçu cari mövsümdə Münhen komandasının 3 matçında iştirak edib, ümumilikdə təxminən 15 dəqiqə oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin