“Bayern” rəsmisindən gedəcəyi deyilən futbolçu haqda açıqlama

“Bayern”in idman direktoru Maks Eberl komandanın yarımmüdafiəçisi Leon Qoretskanın klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçu ilə bu haqda yenidən müzakirə aparılacağını söyləyib:

“Biz Qoretska ilə gələcəyini yenidən müzakirə edəcəyik. Onunla yayda danışdıq, sonra qalmaq qərarına gəldi. Onun burada olmasına şadıq. O, komandanın vacib hissəsidir”.

29 yaşlı futbolçu bu mövsüm müntəzəm oyun praktikası qazanmır və bu səbəbdən, mətbuatda onun tezliklə gedəcəyi ilə bağlı məlumatlar yayılıb. O, bu mövsüm 10 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button