Qonçarenko “Neftçi”nin yeni baş məşqçisi ola bilər

Rusiyanın “Krasnodar” klubunun keçmiş çalışdırıcısı Viktor Qonçarenko “Neftçi”nin baş məşqçisi təyin oluna bilər.

Komanda.az xəbər verir ki, bu barədə insayder Vladislav Tatur “teleqram” kanalında xəbər yayıb.

45 yaşlı belaruslu mütəxəssisin “Neftçi” ilə müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcəyi bildirilib.

“Neftçi”də iyunun 2-də Müşahidə Şurasının iclası keçiriləcək. İclasda baş məşqçi məsələsi müzakirə olunacaq.

Qonçarenko bu ilin yanvar ayında “Krasnodar”da baş məşqçi vəzifəsindən istefaya göndərilib. O, hazırda işsizdir.

Qonçarenko məşqçi karyerası ərzində BATE (Belarus), ÇSKA , “Kuban, “Ural”, “Ufa” (hamısı Rusiya) klublarında da işləyib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button