Qomis Yaponiya klubu ilə müqavilə bağladı

Yaponiyanın “Kavasaki Frontale” klubu hücumçu Bafetimbi Qomisi transfer etdiyini açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı oyunçu keçidi ilə bağlı bunları söyləyib:

“Hər kəsə salam! Adım Bafetimbi Qomisdir. “Kavasaki Frontale” ailəsinin yeni üzvü olduğuma görə çox xoşbəxtəm. Birlikdə gözəl vaxt keçirəcəyik. Çoxlu qollar vurmağa, komandama titullar qazanmaqda kömək etməyə çalışacam”.

Qomis Yaponiya klubuna azad agent kimi keçib. Onun Türkiyə “Qalatasaray”ı ilə sözləşməsi ötən ayın 1-də başa çatıb.

Qomis 2022-ci ilin fevralından İstanbul təmsilçisində forma geyinirdi. O, başa çatan mövsümdə 28 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button