21-ci əsrin rekordçusu
İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış oyunda “Barselona” ilə “Real” qarşılaşıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qolsuz bərabərliklə bitən matç “Barselona”nın futbolçusu Ansu Fati üçün əlamətdar olub. Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olan Fati, 21-ci əsrdə “el klasiko”da debüt edən ən gənc oyunçu olub. Sonradan meydana daxil olan Fati, 17 yaş 48 günlüyündə “el klasiko” həyəcanı yaşayıb.
“El klasiko” tarixində forma geyinən ən gənc futbolçu isə “Barselona”lı Visente Martinesdir. Martines 1941-ci ildə, “el klasiko”da debüt oyununa çıxarkən 16 yaş 278 günlük idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin