“Önəmli olan komandadır, mən yox” – MÜSAHİBƏ

“Şamaxı”nın fransalı yarımmüdafiəçisi Brahim Konate Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

“Kəpəz”lə son oyun barədə (1:1) fikirlərin necədir?

– Yaxşı oyun oldu və qol vurmaq üçün şanslarımız çox idi. Amma bir xalı götürdük. Düşünürəm ki, bu da yaxşı nəticədir.

Səncə, heç-heçə ədalətli nəticə idi, yoxsa qələbənin əldən getməsinə görə təəssüf hissi var?

– Düşünürəm ki, iki xalı itirdik. Çünki bizim “Kəpəz”dən daha çox qol epizodlarımız var idi.

Epizodlarınız çox oldu. Bəs qələbə qolunu vurmağa nə çatmadı?

– Son ötürmələrdə və zərbələrdə çatışmazlıqlar var idi.

Son oyunlarda komandanın liderinə çevrilmisən. Öz performansını necə dəyərləndirirsən?

– Hər oyunda komandaya maksimum dərəcədə kömək etməyə çalışıram. Önəmli olan komandadır, mən yox. Qol vurdum, amma qələbə qazana bilmədik.

Leroy Mikelsin yoxluğu komandaya necə təsir edir?

– Heyətdə hər kəs vacibdir. Komanda üçün önəmli oyunçudur. Bu gün burada deyildi, amma meydanda olan oyunçular da ortaya maksimum güclərini qoydular.

Leroy Mikelsin yoxluğunda komandanın aparıcı üzvünə çevrildiyini düşünürsən?

– Futbol bir oyunçudan ibarət deyil. Burada hər kəsin əməyi var. Komandadakı hər kəs vacibdir.

Növbəti oyunu “Turan Tovuz”a qarşı keçirəcəksiz. Bu matçdan gözləntilərin nədir?

– “Turan Tovuz”un necə çıxış etdiyini yaxşı bilirik, amma biz evdə oynayacağıq. Hər oyunda xal qazanmağa çalışırıq, hər şey mümkündür.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button