“Yenidən qol vurduğum üçün çox xoşbəxtəm”
“Çelsi”nin hücumçusu Nikolas Cekson ötən mövsümlə indiki oyununu müqayisə edib.
Komanda.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, seneqallı futbolçu keçən mövsümün fərqli olduğunu bildirib:
“Hər şey futbol üçündür və məqsəd daha çox təcrübə qazanmaqdır. Keçən mövsüm fərqli idi, çünki burada yeni idim. Amma indi oynadığım üçün daha inamlı oluram, buna görə də, yenidən qol vurduğum üçün çox xoşbəxtəm.
Bir-birimizi daha yaxşı tanımağa başlayırıq. Futbolçular baş məşqçinin sözlərinə qulaq asırlar. Biz yalnız irəliləməyə köklənirik”.
23 yaşlı Cekson İngiltərə Premyer Liqasının cari mövsümündə 15 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin