Qol vurdu, tarixə keçdi
“Borussiya” (Dortmund) Almaniya Bundesliqasının 13-cü turu çərçivəsində səfərdə “Yunion”a 1:2 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, bu oyunda Dortmund təmsilçisinin futbolçusu Yusufa Mukoko rekordla yadda qalıb. Komandasının yeganə qolunu vuran Mukoko Bundesliqada fərqlənən ən gənc futbolçu olub. O, bu uğura 16 yaş 28 günündə nail olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin