“Qol vuranda Ronaldinyo deyirlər, vurmayanda təhqir edirlər”

“Arsenal”ın hücumçusu Qabriel Martinelli azarkeşlərdən eşitdiyi tənqidlərlə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu tənqidlərə əsəbiləşdiyini söyləyib:

“İnternetdə tənqidlər görürəm və bu, məni əsəbiləşdirir. Qol vuranda mənə Ronaldinyo deyirlər, vurmayanda isə təhqir edirlər. Sizi əmin edirəm ki, bu mövsüm adımı eşidəcəksiz, qol vurub, məhsuldar ötürmələr verəcəm”.

Braziliyalı futbolçu 2019-cu ildən “Arsenal”da çıxış edir. O, bu mövsüm İngiltərə Premyer Liqasında 2 oyun keçirib və qol vurmayıb.

“Arsenal” sentyabrın 13-də doğma meydanda “Nottingem Forest”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button