
Qol vura bilmədiyinə görə ağladı
Braziliya millisinin hücumçusu Riçarlison DÇ-2026-nın seçmə mərhələsində Boliviya ilə oyunda (5:1) əvəzləndikdən sonra göz yaşlarına boğulub.
Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, 26 yaşlı forvard Boliviya yığması ilə oyunda qol vura bilməyəndən sonra ehtiyat oyunçular skamyasında ağlayıb.
Riçarlison 2018-ci ildən Braziliya millisində çıxış edir. O, millinin heyətində 44 oyunda 20 qol vurub. Futbolçu sonuncu dəfə millinin heyətində 2022-ci il dekabrın 5-də, DÇ-2022-nin 1/8 final mərhələsində Koreya ilə qarşılaşmada (4:1) fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin