“Qol vura biləcək futbolçulara ehtiyacımız var” – Dzeko

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunun Portuqaliya ilə matçını (0:3) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk hissədə yaxşı oynadıqlarını bildirib:

“Bu matçda birinci qol həlledici oldu. İlk hissədə yaxşı oynamışdıq. Meydançada çoxlu qaçdıq. İlk hissənin sonunda rəqibin vurduğu qol oyunun onların xeyrinə bitməsinə kömək etdi.

Fasilədən sonra qol epizodlarımız oldu. Məncə, biz özümüzə inanmırdıq. Qol vura biləcək futbolçulara ehtiyacımız var”.

Bosniya və Herseqovina millisi hazırda J qrupunda 3 xalla dördüncü, Portuqaliya isə 9 xalla birinci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button