“Qol imkanlarını dəyərləndirə bilmiriksə, oyunu udmaq çətin olur” – Visente Qomes
“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Qomes, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- İki fərqli hissə izlədik. İlk hissədə qol imkanları olmadı. İkinci hissədə rəqibin azlıqda qalmasından istifadə etdik və qolu vurduq. Daha sonra əlimizə düşən imkanlardan istifadə edə bilmədik və rəqib hesabı bərabərləşdirməyi bacardı.
- “Sabah”ı bu vəziyyətdən çıxartmaq üçün nə etməyi düşünürsüz?
- Dəyişikliklər etməyə başlamışıq. Ötən oyunda qələbə qazandıq, indi də 1 xal qazandıq. Qol imkanlarını dəyərləndirə bilmiriksə, oyunu udmaq çətin olur.
- Vurduğunuz qoldan sonra sanki hesabı qorumaq üçün oynayırdız. Bunun səbəbi nə idi?
- Hücumçuları bir-biriylə əvəz etməyimə səbəb onların fərqli xüsusiyyətlərinin olmasıdır. Ramil Şeydayev daha çox boş mövqelərə açılan futbolçudur. Ona görə, meydana buraxdım və oyunumuza müsbət təsiri oldu.
- Müdafiədən nə dərəcə razı qaldız?
- Müdafiə xəttimiz pis çıxış etmədi. Sadəcə ümumi şəkildə komanda olaraq yaxşı çıxış etmək lazımdır ki, belə qollar buraxmayaq. Təkcə müdafiəçiləri günahlandırmaq olmaz.
- Oyunun qırılma nöqtəsi hansı epizodu hesab edirsiz?
- Demək çətindir, amma Veysəl Rzayev və Ulisse Diallo qol vura bilsəydi, fərqli olardı.
- Sezar Meza Kolli qoldan sonra sizə nə dedi?
- Sadəcə oyunla bağlı fikirləri idi. Başqa heç nə danışmamışıq.
- Şeydayevin karyerasında enişə getdiyini düşünürsüz?
- Hər bir futbolçunun karyerasında hər zaman eniş olur və bu da normaldır.
- Qışdan sonra komandada hansı mövqelərə dəyişiklik etməyi düşünürsüz?
- Hələ bu haqda bir şey deyə bilmərik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin