“Qol epizodlarının çoxluğuna görə üç xal vermirlər”

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 9-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ərazi üstünlüyü bizim tərəfdə idi. Çoxlu qol fürsətləri yaratdıq. Yenə də, standart vəziyyətdən qol buraxdıq. Amma futbolçularıma əhsən, ruhdan düşmədilər, sona qədər mübarizə apardılar və hesabı bərabərləşdirdilər. Lakin ərazi üstünlüyünə və qol epizodlarının çoxluğuna görə üç xal vermirlər.

Ümidvaram ki, bu fasilə bizim xeyrimizə işləyəcək. Amma nəzərə alaq ki, komandanın yarısı bizimlə olmayacaq. Bir-birimizlə anlaşmanı da artırmalıyıq.

Xalımız çox azdır, qələbə qazanmaq lazımdır. Bəlkə də, bəzən pis oynayaraq üç xal qazanmaq da olar. Ən vacibi qələbələr qazanmağa başlamaqdır”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button