“Qol buraxmağımız xoşuma gəlmir” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yoxlama görüşündə “Liverpul”a (0:3) məğlubiyyəti şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının çıxışının onu qane etmədiyini bildirib:
“Oyundan sonra məndə qarışıq hisslər var. Bu matçda müsbət məqamlar oldu, amma qol buraxmağımız məni qane etmir. Qol vurmağı bilən güclü rəqiblə qarşılaşdıq. Bu görüşdə “Liverpul” təsirli oldu və yaxşı oyun nümayiş etdirdi. Amma qol buraxmağımız xoşuma gəlmir”.
“Qırmızı şeytanlar” avqustun 10-da İngiltərə superkubokunda “Mançester Siti” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin