“Qol anında hər kəs “zərbə endirmə” deyirdi” – Kompani
İngiltərə Premyer Liqasının son turunda “Lester”ə 1:0 hesabı ilə qalib gələn “Mançester Siti”nin müdafiəçisi Vensan Kompani matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, komandasının yeganə qolunun müəllifi olan belçikalı futbolçu, qol epizodu ilə bağlı danışıb:
“Bu gün bir az xəyal qırıqlığı yaşadım, çünki qol anında hər kəs “zərbə endirmə” deyirdi. Bunların hamısını eşidirdim. Bir saniyə gözlədim və “bu karyeranı gənc futbolçuların mənə nə vaxt zərbə vuracağımı demələri üçün qurmadım” deyə düşünərək, topa vurdum.
Vacib olan qolların sayı deyil, dəyəridir. Bu gün bu qola ehtiyac vardı. Qol vurduğum üçün xoşbəxtəm”.
Premyer Liqadakı çempionluq yarışı haqqında danışan 33 yaşlı futbolçu, “Son 4 ayda çox vacib oyunlar keçirdik. “Liverpul” heç vaxt mübarizədən imtina etmədi. Artıq “Brayton”la keçirəcəyimiz son oyunumuz var. Hələ heç bir şey əldə etməmişik” deyib.
Bizi Facebook-da izləyin