Qnabriyə sanksiya tətbiq oluna bilər

“Bayern” hücumçusu Serj Qnabriyə sanksiya tətbiq edib, onu komandanın əsas heyətindən uzaqlaşdıra bilər.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, bu proses 26 yaşlı almaniyalı futbolçunun Münhen klubu ilə müqaviləni yeniləməkdən imtina etdiyi halda baş verəcək. Qnabri özü rəhbərlik tərəfindən ona qarşı münasibətdən son dərəcə narazıdır. Futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.

Qnabri 2018-ci ildən “Bayern”də çıxış edir. O, ötən mövsüm 45 oyun keçirib, 17 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button