Qnabri klubunu dəyişmək fikrində deyil

Almaniyalı futbolçu Serj Qnabri gələn mövsüm “Bayern”də qala bilər.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Münhen klubu bu yay yarımmüdafiəçisini satmağa hazır olduğunu bildirsə də, onun üçün heç bir təklif olmayıb.

Qnabri özü karyerasını Münhendə davam etdirmək istəyir. Onun “Bayern”lə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

28 yaşlı futbolçu Almaniya çempionatının son mövsümündə 10 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. O, ötən mövsümün sonunu zədə səbəbindən buraxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button