Qnabri klubunu tərk etmək fikrində deyil

“Bayern”in vingeri Serj Qnabri yay transfer pəncərəsində klubu tərk etmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu karyerasını Münhen komandasında davam etdirmək istəyir və hazırda digər klublarla danışıqlar aparmır.

Qnabri 2017-ci ildən “Bayern”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

29 yaşlı futbolçunun transfer dəyəri 25 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button