Qnabri “Bayern”i bir halda tərk edəcək
“Bayern”in hücumçusu Serj Qnabri yalnız top-klubdan təklif alacağı təqdirdə, Almaniya klubunu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əks halda, futbolçu komandada qalacaq.
Münhen nəhəngi futbolçu ilə hansı məbləğ qarşılığında ayrılacağına hələ qərar verməyib.
Qnabri 2017-ci ildən “Bayern”də çıxış edir. Hücumçunun müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, bu mövsüm “Bayern”lə 17 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin