“Qızlara oğlanlar kimi futbol oynamağa icazə verilmirsə…” – Yan Rayt

“Arsenal”ın keçmiş hücumçusu Yan Rayt İngiltərə millisinin Avropa çempionatının yarımfinalında İsveç üzərində qələbəsindən sonra qadın futbolunun inkişafından danışıb.

Komanda.az xəbər verir ki, Rayt, “BBC Sport”-a açıqlamasında bunları deyib:

“Bundan sonra qızlara oğlanlar kimi futbol oynamağa icazə verilmirsə, onda biz nə edirik? Biz onlara oynamaq imkanı verməliyik. Bundan sonra heç bir dəyişiklik yoxdursa, biz nə edirik?”

İngiltərədəki “Brammel Leyn” stadionunda keçirilən görüş İngiltərə millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, İngiltərə komandası Avropa çempionatının finalına yüksəlib. Final matçı iyulun 31-də, Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button