“Qızıl əlcək” mükafatının qalibi bəlli olub
İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün ən yaxşı qapıçısı məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, “Mançester Yunayted”in qapıçısı David de Xeadır.
De Xea digər namizədləri – Alisson Bekker (“Liverpul”, 14), Nik Pope (“Nyukasl”, 13) və Aaron Ramsdeyli (“Arsenal”, 13) qabaqlayaraq “qızıl əlcək” mükafatına sahib çıxıb.
İngiltərə çempionatının 37-ci turunda Mançester təmsilçisi “Bornmut” səfərinə yollanıb və görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, ispaniyalı qolkiper 18-ci dəfə qapısını toxunulmaz saxlayıb. De Xea bu göstəriciyə görə Premyer Liqada vahid lider olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin