İddia: “Qızıl top”un səsverməsinin nəticələri mətbuata sızıb

“Qızıl top” mükafatının verilməsi ərəfəsində İspaniya mətbuatında səsvermənin nəticələrinin sızması ilə bağlı məlumatlar yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bir versiyaya görə, mükafatın sahibi “Real”ın braziliyalı yarımmüdafiəçisi Vinisius Junior olacaq. İkinci yeri “Mançester Siti”dən Rodrinin, üçüncü yeri isə “Real”dan Çud Bellingemin tutacağı güman edilir.

Mediaya sızan ikinci məlumat fərqli mənzərəni göstərir. Buna əsasən, “qızıl top”un qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olacaq. Vinisius ikinci, Bellingem isə yenə üçüncü yeri tutacaq.

“Qızıl top”u əslində kimin alacağı bu gün bilinəcək. Mərasim Parisdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button