“Qızıl top”un favoritləri: Vinisius 1-ci, Haland 12-cidir

2024-cü ildə “qızıl top”a namizədlərin yenilənmiş reytinqi dərc olunub.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, reytinqin birinci pilləsində “Real”ın hücumçusu Vinisius Junior qərarlaşıb.

İkidən dördə qədər mövqelərdə də dəyişiklik yoxdur. Bu pillələri Çud Bellingem, Toni Kroos və Kilian Mbappe tutur. “Bayer”də çıxış edən Almaniya millisinin üzvü Florian Virts 5-ci pilləyə yüksəlib.

İlk 10-luğa Harri Keyn, Fil Foden, Rodri, Camal Musiala və Rodriqo da daxildir. Erlinq Haland 12-ci yerə enib, Lionel Messi hələ də 15-cidir. Lamin Yamal siyahıda 20-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button