
“Yamal “qızıl top”u qazansa, çox sevinərəm”
İspaniya millisinin və “Atletik”in yarımmüdafiəçisi Niko Uilyams “Barselona”nın vingeri Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı oyunçu, Yamalın inanılmaz futbol sərgilədiyini deyib:
“Yamal inanılmaz futbol sərgiləyir. Ümid edirəm ki, bu səviyyəni milli komandanın qarşıdakı oyunlarında da qoruyacaq. O, möhtəşəm mövsüm keçirib, “qızıl top”u qazansa, çox sevinərəm”.
17 yaşlı Yamal son La Liqa mövsümündə 35 oyunda iştirak edib, 9 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin