“Qızıl top”u qazanmağa Levandovski daha çox layiq idi”
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç PSJ-nin futbolçusu Lionel Messinin növbəti dəfə “qızıl top” mükafatını qazanması haqda danışıb.
Komanda.az xəbər verir ki, isveçli futbolçu, “Corriere della Sera”ya açıqlamasında, bu mükafata “Bavariya”nın hücumçusu Robert Levandovskinin daha layiq olduğunu bildirib:
“Messi futbolla yaşayır. Amma bu il “qızıl top”u qazanmağa Levandovski daha çox layiq idi”.
O, Messi ilə Kriştiano Ronaldonu da müqayisə edib:
“Hər ikisi çox güclüdür. Ancaq mən “Messi” deyərdim. Çünki onunla bir komandada oynamışam”. İbrahimoviçlə Messi vaxtı ilə “Barselona”da birgə forma geyiniblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin