“Qızıl top”u Mane qazansaydı, heç kim şikayət etməzdi”

“Barselona”nın sabiq futbolçusu Samuel Eto “qızıl top” mükafatı ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, kamerunlu keçmiş hücumçu, bu mükafat üçün afrikalıların “Liverpul”un futbolçusu Sadio Maneyə səs verməli olduqlarını bildirib:

“Qızıl top”u Mane qazansaydı, heç kim şikayət etməzdi, çünki o, buna layiq idi. Yaxşı oynadı, hətta ən yaxşı mövsümünü keçirdi. Lionel Messi bu səsvermədə qalib gəldi, çünki bütün cənubi amerikalılar ona səs verdilər. Düşünürəm ki, avropalılar da Vircil van Dayka səs verdilər, ona görə də, o, ikinci oldu. Afrikalılar isə Maneyə səs vermədilər. Bu, böyük bir problemdir. Afrikalıların digər afrikalılarla problemləri var. Bu, irqçilik deyil, daha çox ksenofobiyaya bənzəyir. Ağdərili insanların qaralara qarşı irqçiliyi haqqında hər kəs danışır, amma heç kim qaradərili insanlar arasındakı irqçilikdən danışmır. Bir-birimizə nifrət edirik, geriyə çəkməyə çalışırıq. Dünyanın ən yaxşı futbolçularına verilən mükafatlarda avropalıların və cənubi amerikalıların üstünlüyünə son qoymaq istəyiriksə, birləşməliyik”.

“Qızıl top” mükafatının sıralamasında Messi 1-ci, van Dayk 2-ci, Kriştiano Ronaldo 3-cü, Mane isə 4-cü olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button