“Qızıl top”u alsa, müqaviləsi uzadılacaq
“Real”ın fransalı hücumçusu Kərim Benzema “qızıl top”u alacağı təqdirdə, onunla müqavilə avtomatik olaraq uzadılacaq.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun Madrid klubu ilə müqaviləsinin ən nüfuzlu fərdi futbol mükafatı olan “qızıl top”u qazanacağı təqdirdə, bir mövsümlük avtomatik uzadılması variantı var.
Benzemanın “Real”la hazırkı müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
2022-ci ilin “qızıl top” mərasimi oktyabrın 17-də Parisdə keçiriləcək.
Ötən mövsüm “Real”la birlikdə İspaniya çempionatının və UEFA Çempionlar Liqasının qalibi olan Benzema, həmçinin İspaniya superkubokunun, cari mövsümün əvvəlində UEFA superkubokunun sahibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin