“Qızıl top”u almaq vaxtı çatıb” – Avropa çempionu olan futbolçu

Avropa çempionatının ən yaxşı futbolçusu seçilən İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes “qızıl top”dan danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, eyni zamanda, Avropa çempionatında qazandıqları qələbədən söz açıb:

“Baş məşqçimiz bu uğurdan sonra tanınmağa layiqdir. Qoy bütün insanlar küçələrə çıxıb uğurlarımızı qeyd etsinlər. “Qızıl top”u almaq vaxtı çatıb”.

Avropa çempionatının final oyununda İspaniya millisi İngiltərə yığması üzərində 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button