“Kim “qızıl top”u qazanmağı xəyal etməyib ki?”
“Qızıl top”a namizədlər arasında olan “Çelsi”nin futbolçusu Jorjinyo açıqlama verib.
Komanda.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi, bu mükafatı qazanmağın onu çox xoşbəxt edəcəyini deyib:
“Kim “qızıl top”u qazanmağı xəyal etməyib ki? Bu, inanılmaz olardı. Bu məsələdə hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Futbola başladığımda bu xəyaldan çox uzaq idim. İndi isə çox yaxınlaşmışam. Bunun özü də möhtəşəmdir”.
Jorjinyo ötən mövsüm “Çelsi” ilə Çempionlar Liqasını və UEFA superkubokunu qazanıb, İtaliya millisiylə isə Avropa çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin