“Qızıl top”u qazanmaq ehtimalı yüksək olan 5 futbolçu

“Avisia” analitik şirkətinin süni intellekt modeli futbolçuların 2025-ci il “qızıl top” mükafatının qalibi olmaq ehtimallarını hesablayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət 30 namizədin şanslarını komanda uğurları, fərdi göstəricilər və futbolçuların tanınma səviyyəsinə görə dəyərləndirib.

Nəticələrə əsasən, ən real favorit PSJ-nin fransalı futbolçusu Osman Dembeledir. Onun qalib gəlmə ehtimalı 72 faiz göstərilir.

İlk beşlikdə bu futbolçular yer alıb:

1. Osman Dembelə (PSJ) – 72 faiz

2. Lamin Yamal (“Barselona”) – 56 faiz

3. Vitinya (PSJ) – 40 faiz

4. Məhəmməd Salah (“Liverpul”) – 39 faiz

5. Rafinya Dias (“Barselona”) – 33 faiz

Şirkətin məlumatına görə, model son yeddi il ərzində 61 Avropa liqasında 50 mindən çox futbolçunun statistik göstəricilərinə əsaslanır.

“Avisia” bu ilin mayında UEFA Çempionlar Liqasının finalını PSJ-nin qazanacağını 62,5 faiz ehtimalla proqnozlaşdırmışdı.

“Qızıl top” mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də, Parisdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button