
İddia: “Qızıl top” Vinisiusa veriləcək!
Hər şey 2024-cü ildə “qızıl top”u “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniorun alacağına doğru gedir.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, Vinisiusa səsvermədə qalib gəldiyi barədə artıq məlumat verilib. İndi o, sakit şəkildə mərasimə hazırlaşa bilər.
“Qızıl top” oktyabrın 28-də veriləcək. Bu mükafat keçən il Lionel Messiyə verilib – argentinalı forvardın kubok rəfində 8 belə mükafat var.
Vinisius Junior ötən mövsüm “Real”la bir neçə kubok, o cümlədən La Liqa çempionluğu və Çempionlar Liqasını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin