
“Qızıl top”a namizədlərin yeni siyahısı açıqlandı
2023-cü ildə “qızıl top”u qazanmağa favoritlərin yenilənmiş siyahısı təqdim edilib.
Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, mükafata əsas namizəd PSJ-nin keçmiş hücumçusu, “İnter Mayami”nin forvardı və hazırkı dünya çempionu Lionel Messi olaraq qalır.
İkinci yerdə “Mançester Siti”nin futbolçusu Erlinq Haland qərarlaşıb.
İlk üçlüyü PSJ-nin forvardı Kilian Mbappe tamamlayır.
Hazırkı siyahı aşağıdakı kimidir:
1. Lionel Messi (PSJ/İnter Mayami)
2. Erlinq Haland (Mançester Siti)
3. Kilian Mbappe (PSJ)
4. Vinisius Junior (Real)
5. Kevin De Bruyne (Mançester Siti)
6. Rodri (Mançester Siti)
7. İlkay Gündoğan (Mançester Siti/Barselona)
8. Viktor Osimhen (Napoli)
9. Xulian Alvarez (Mançester Siti)
10. Robert Levandovski (Barselona)
Bizi Facebook-da izləyin