
“Qızıl top” mükafatının veriləcəyi tarix müəyyənləşdi
“Qızıl top” mükafatının veriləcəyi tarix müəyyənləşib.
Komanda.az “France Football” jurnalına istinadən xəbər verir ki, 2023/24 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə “Qızıl top” mükafatı oktyabrın 28-də Parisdə öz sahibini tapacaq.
Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.
Sonuncu dəfə 2023-cü ildə argentinalı Lionel Messi bu mükafata sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin