“Qızıl top”a 30 iddiaçının adı açıqlandı

Fransanın “France Football” nəşri ilin sonunda ən yaxşı oyunçuya verilən “qızıl top” mükafatına 30 iddiaçının adını açıqlayıb.

Komanda.az xəbər verir ki, Lionel Messi, Erlinq Haland və Kilian Mbappe “qızıl top”a namizədlər siyahısındadır.

Qapıçılar: Andre Onana (İnter/Mançester Yunayted), Emiliano Martinez (Aston Villa), Yassin Bono (Sevilya/Əl-Hilal);

Müdafiəçilər: Yoşko Qvardiol (Leyptsiq/Mançester Siti), Ruben Dias (Mançester Siti), Kim Min Jae (Napoli/Bayern);

Yarımmüdafiəçilər: Camal Musiala (Bayern), Çud Bellingem (Borussiya Dortmund/Real), Luka Modriç (Real), Bernardo Silva, Kevin De Bruyne, Rodri (hər üçü Mançester Siti), İlkay Gündoğan (Mançester Siti/Barselona), Xviça Kvaratsxeliya (Napoli), Nikolo Barella (İnter), Martin Odeqard (Arsenal);

Hücumçular: Lionel Messi (PSJ/İnter Mayami), Kilian Mbappe (PSJ), Erlinq Haland, Xulian Alvarez (hər ikisi Mançester Siti), Məhəmməd Salah (Liverpul), Kərim Benzema (Real/Əl-İttihad), Vinisius (Real), Bukayo Saka (Arsenal), Antuan Qrizmann (Atletiko), Lautaro Martinez (İnter), Robert Levandovski (Barselona), Viktor Osimhen (Napoli), Harri Keyn (Tottenhem/Bayern), Randal Kolo Muani (Ayntraxt/PSJ).

2023-cü ilin “qızıl top” mərasimi oktyabrın 30-da, Fransanın paytaxtı Parisdəki Katelet teatrında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button