“Qızıl buts” mükafatı qazanmış sabiq futbolçu vəfat etdi
İtaliya millisinin sabiq futbolçusu, dünya çempionatının “qızıl buts” mükafatçısı Salvatore Skillaçi 59 yaşında vəfat edib.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, keçmiş hücumçuya xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu.
Millinin “Toto” ləqəbli keçmiş üzvü 1990-cı ildə keçirilən dünya çempionatında “qızıl buts” mükafatına layiq görülmüşdü. O, Almaniya yığmasının çempion olduğu yarışı 6 qolla bombardir kimi başa vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin