Qızı ağır vəziyyətdə olan Pelenin fotosunu paylaşdı – FOTO
Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin qızı Keli Nasimento atasının hazırda müalicə aldığı xəstəxanadan fotosunu paylaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, keçmiş futbolçunun durumunu açıqlamayıb. Lakin mübarizənin davam etdiyini bildirib:
“Biz hələ də buradayıq: mübarizə və inamla. Birlikdə başqa bir gecə”.
Noyabrın 29-da tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək məqsədilə xəstəxanaya yerləşdirilən Pelenin müalicəsində mənfi tendensiya müşahidə olunur. Bu səbəbdən, böyrək və ürək disfunksiyasına görə daha intensiv müalicə tələb olunur.
Eyni zamanda, həkimlər onun hələ də reanimasiya və ya yarımintensiv terapiyaya köçürülməsinə ehtiyac duymur. Pele adi palatada qalmağa davam edir.
Bizi Facebook-da izləyin