Qiyməti 170 milyon avroya qaldırıldı – “Milan”ın hücumçusunun
“Milan”ın hücumçusu Rafael Leaonun sərbəst qalma məbləği 170 milyon avroya qaldırılıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, portuqaliyalı rəhbərlikdən təzminat məbləğini dəyişməyi xahiş edib və 170 milyon avroya razılaşıb. İyul ayından etibarən kompensasiyanın məbləğinin aktivləşəcəyi bildirilir.
Əvvəllər futbolçu ilə “Çelsi” maraqlanırdı.
Portuqaliyalı hücumçu 2019-cu ilin avqustundan “Milan”da çıxış edir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir. O, bu mövsüm İtaliya klubunun heyətində 46 oyuna çıxıb, 14 qol vurub və 15 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin