Qışda klubsuz qala bilər – Baş məşqçidən üzr istəməsə

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço qışda klubsuz qala bilər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, bu, 23 yaşlı futbolçunun komandanın baş məşqçisi Erik ten Haqdan üzr istəmədiyi təqdirdə baş verəcək. 53 yaşlı mütəxəssis futbolçudan həm şəxsi, həm də ictimai açıqlama şəklində üzr istəməsini istəyir.

Sentyabrın 3-də futbolçu sosial şəbəkədə Premyer Liqanın 4-cü turunda “Arsenal”la oyunda (1:3) heyətdə yer almamasını məşqdə zəif çalışması ilə izah edən Erik ten Haqın sözlərinə cavab verib. Sanço baş məşqçinin dediklərini yalan adlandırıb. Yarımmüdafiəçi daha sonra bu yazını silib.

Sentyabrın 14-də “Mançester Yunayted” bəyan edib ki, ingiltərəli futbolçu “komanda nizam-intizamı ilə bağlı problem həll olunana qədər” əsas komanda ilə məşqlərdən kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button