
“Kəpəz”in rəqibləri məlum oldu
Qış fasiləsində yoxlama oyunları keçirəcək “Kəpəz”in ilk iki rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi yanvarın 22-də “Turan Tovuz” ilə qarşılaşacaq. Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq.
“Sarı-göylər” digər yoxlama görüşündə isə Bakıda “Səbail-2” ilə oynayacaq. Bu qarşılaşma yanvarın 28-nə təyin olunub.
“Kəpəz” 1-ci divizionda 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin