İlkin Qırtımovun son durumu açıqlandı

“Qəbələ”nin futbolçusu İlkin Qırtımovun son durumu açıqlanıb.

Komanda.az xəbər verir ki, klub 32 yaşlı müdafiəçinin səhhətinin yaxşı olduğunu açıqlayıb.

Yeni transfer Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la Macarıstanda keçirilən matçda ciddi təhlükə yaşayıb. Rəqiblə toqquşaraq dili qatlanan və dərhal xəstəxanaya aparılan Qırtımovun vəziyyəti yaxşıdır, xəstəxanadan buraxılıb və komanda ilə birlikdə vətənə qayıdır.

 “Fehervar” – “Qəbələ” oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button