“Qırmızı vərəqə matçın taleyinə təsir etdi” – “Şerif”in baş məşqçisi

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında “Zirə” Moldovanın “Şerif” klubuyla qarşılaşıb.

Komanda.az xəbər verir ki, matçdan sonra 2:1 hesabı ilə qalib gələn “Şerif”in çalışdırıcısı Yuri Quranın mətbuat konfransı keçirilib.

Ukraynalı çalışdırıcı qələbədən məmnun qaldığını bildirib:

“Qırmızı vərəqə matçın taleyinə təsir etdi. Oyunun əvvəllərində yaxşı hücumlarımız var idi. Əsas odur ki, qələbə qazandıq. Məmnunam”.

“Zirə” Avropa Liqasının təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna məğlub olub. Qarşılaşmanın əsas vaxtı 2:1 hesabıyla “Şerif”in xeyrinə nəticələnib. Əlavə vaxtda heç-heçə bitən matçın taleyinə penaltilər seriyasından sonra aydınlıq gəlib – 4:5.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button