“Qırmızı vərəqə epizoduna yenidən baxmaq lazımdı” – Elşad Əhmədov
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Oyun haqda çox danışmaq olar. İlk hissə yaxşı oynadıq. Bu mövsüm “Neftçi”dən xal ala bilməmişik. Qırmızı vərəqə epizoduna yenidən baxmaq lazımdı.
- Təmkin Xəlilzadənın qovulmasına səbəb nədi?
- Daxili intizamı pozub. Klubdaxili məsələ olduğuna görə açıqlamaq düz olmaz. Səhvi varsa, cəzalandırılmalıdı. Bu yaxınlarda daha dolğun açıqlama veriləcək.
- İlk qolda Saşa Stamenkoviçin səhvi var idimi?
- Qol epizodunda səhvi var idi, ancaq çıxara bilərdi. Saşa bizim üçün lazımlı futbolçudu. Biz 3-cü yerə qalxanda bu futbolçuların rolu yüksək idi.
- İki hissə arasındakı bu qədər fərqin olması qırmızı vərəqəylə bağlıydımı?
- Bəli. “Neftçi” kimi komandaya qarşı azlıqda oynamaq çətindi.
- Mövsümü belə bitirsəz, rəhbərlik razı qalacaqmı?
- Çempionata başlayanda əsas məqsədimiz liqada qalmaq idi. Yuxarı yerlərdə olmaq istəyirik. Bacardığımız qədər irəliləmək istəyirik. Çempionat qutaranda rəhbərlik son fikrini deyəcək.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin