“Mənə lazım olan tək şey bu idi” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının ikinci turunun “Bornmut”la oyunundan sonra (3:1) açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, havanın çox isti olduğunu diqqətə çatdırıb:
“Oyun bizim üçün pis başladı Özümüzə gəlmək üçün bir neçə dəqiqə lazım idi. Həqiqətən, sonra biz daha yaxşı oynamağa başladıq. Fasilədən sonra hər şey tamamilə dəyişdi. Meydançada azlıqda qaldıq. Buna baxmayaraq, üçüncü qolu vurduq. Bu, çox vacib idi. Sanki həmin qoldan sonra daha da gücləndik. Hava inanılmaz dərəcədə isti idi. Qarşıya qoyulan işin öhdəsindən gəldik, yəni üç xal qazandıq. Mənə lazım olan tək şey bu idi”.
Klopp Aleksis Makallisterin qırmızı vərəqə aldığı epizod haqda da fikirlərini bölüşüb:
“Həmin epizodu hakimin necə gördüyünü dərk edə bilirəm. Lakin arxa tərəfdən heç bir müdaxilə yox idi. Bu, kobudluq hesab olunmamalıdır. Sadəcə topa toxunmaq və ya rəqibin ayağına yüngül zərbə endirmək idi. Qırmızı vərəqə almağa layiq daha sərt zərbələr gördük”.
“Qırmızılar” üçüncü turda “Nyukasl”la, “Bornmut” isə “Tottenhem”lə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin